📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveçdən qalmaqallı qərar: Quranın yandırılmasına qoyulan qadağa aradan qaldırıldı

2023-04-04 23:10:00

İsveçdən qalmaqallı qərar: Quranın yandırılmasına qoyulan qadağa aradan qaldırıldı

İsveçdə Quranın yandırılması ilə bağlı tətbiq edilən qadağa İnzibati Məhkəmə tərəfindən ləğv olunub.

Finlandiyanın rəsmi olaraq NATO-ya üzv olduğu gün İsveç qalmaqallı qərar çıxarıb. Belə ki, ötən ay İsveç polisinin təhlükəsizlik baxımından qadağan etdiyi “Quran yandırmaq” aksiyaları ilə bağlı qərarı ölkənin İnzibati Məhkəməsi tərəfindən ləğv edilib.

Məhkəmə “təhlükəsizlik riski ilə bağlı narahatlıqlar”ın nümayiş hüququnu məhdudlaşdırmaq baxımından yetərli olmadığı barədə hökm çıxarıb. O, polisin qərarının ifadə azadlığına zidd olduğunu bildirib.

Xatırladaq ki, İsveçdə irqçi millət vəkili Rasmus Paludanın yanvar ayında Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandırması Türkiyə ilə İsveç arasında gərginliyə səbəb olmuş, nəticədə İsveçin NATO üzvlüyünə danışıqlar prosesi dayandırılmışdı. \\KONKRET.az