📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveçin Ankaradakı səfiri Türkiyə XİN-ə çağrıldı

2022-10-06 11:12:00

İsveçin Ankaradakı səfiri Türkiyə XİN-ə çağrıldı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İsveçin STV dövlət televiziyasında Türkiyəyə və Prezident R.T.Ərdoğana qarşı təhqir səsləndirilən proqramla əlaqədar dünən İsveçin Ankaradakı səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağrılıb. Diplomatik mənbələrin mətbuata açıqlamasında bildirilir: “Möhtərəm Prezidentimizə və ölkəmizə qarşı həddini aşan və çirkin ifadə və görüntülərin qəbuledilməz olduğu və bu kimi verilişlərin söz və mətbuat azadlığı kimi qələmə verilməsinin qeyri-mümkün olduğu vurğulanıb”.

Hürr Tərcüman