İsveçin Bağdaddakı səfirliyi fəaliyyətini dayandırdı
2023-07-20 13:50:00
Hurriyyet.az xəbər verir ki, İsveç Krallığının Bağdaddakı səfirliyi yanğından sonra öz işini dayandırdığını bəyan edib. İsveçin səfirliklərlə iş idarəsinin rəsmi saytında dərc edilmiş açıqlamada deyilir: “29-30 iyun və 20 iyul tarixlərində İsveçin diplomatik nümayəndəliyinin qarşısında keçirilmiş nümayişlərlə əlaqədar, səfirlik öz işini növbəti açıqlamaya kimi dayandırır. Pasportların verilməsi və sənədlərin hazırlanması dayandırılır”.
Xatırladaq ki, İsveçdə müsəlmanların müqəddəs kitabının yandırılması aksiyalarına cavab olaraq, İraqın paytaxtında etirazçılar həmin ölkənin səfirliyində yanğın törədiblər. Zərərçəkən yoxdur.
Hürr Tərcüman