İsveçin Baş naziri: “Qərarı Türkiyə verəcək”
2023-10-04 09:25:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson İsveçin NATO-ya qəbul edilməsi qərarının verilməsinin Türkiyədən asılı olduğunu və qərarın oktyabrda qəbul ediləcəyinə əmin olmadığını bildirib.
Krissterson Stokholmda jurnalistlərə açıqlamasında deyib: “Ölkəmizin NATO-ya daxil olması barəsində müraciətinin oktyabr ayında Türkiyə parlamentində ratifikasiya ediləcəyini vəd edə bilmərəm. İsveçin NATO üzvü olması barəsində qərarı Türkiyə verəcəkdir.”.
Hürr Tərcüman