İsveçin baş naziri Türkiyə qarşısında GERİ ADDIM ATDI
Ulf Kristersson Türkiyə ilə bağlı açıqlamasının yanlış anlaşıldığını vurğulayıb
İsveçin baş naziri Ulf Kristersson ötən həftə ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin tələblərini Stokholmun "qarşılaya bilməyəcəyi" ilə bağlı verdiyi açıqlamadan sonra "U" dönüşü edib.
Hurriyyet.az xəbər veri ki, Ulf Kristersson keçən həftə verdiyi açıqlamada İsveçin NATO-ya tam üzvlüyünü təsdiq etməyən Ankara ilə bağlı "Türkiyə bizdən edə bilmədiyimiz və onlara vermək istəmədiyimiz şeyi istəyir", deyə qeyd etmişdi. Lakin indi o, geri addım atmaq məcburiyyətində qalıb və Türkiyə ilə bağlı açıqlamasının yanlış anlaşıldığını vurğulayıb.
İsveçin baş naziri həmçinin, Türkiyənin terrordan ən çox təsirlənən, əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd etməklə yanaşı, "Terrorla mübarizədə söz verdiyimiz şeyi tam yerinə yetiririk", deyə əlavə edib.
Hurriyyet.az