📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İsveçin NATO üzvü olması üçün...” – Türkiyə şərtini bəyan etdi

2023-05-03 15:19:00

“İsveçin NATO üzvü olması üçün...” – Türkiyə şərtini bəyan etdi

Hurriyyet.az “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat təmsilçisi İbrahim Kalın İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı Türkiyənin şərtini açıqlayıb. Kalın deyib: “İyunun 1-də qüvvəyə minəcək terrorla mübarizə qanunu nə qədər təsirli tətbiq edilərsə, proses bir o qədər sürətlə irəliləyər”.

“Növbəti ortaq müxanizm görüşünü yenə Finlandiyanın iştirakı ilə iyun ayında keçirməyi planlaşdırırıq. Üçtərəfli mexanizm Finlandiyanın NATO üzvü olmasından sonra da davam edəcək. İyunun 1-də qüvvəyə minəcək terrorla mübarizə qanunu nə qədər təsirli şəkildə tətbiq edilərsə, İsveçin NATO üzvlüyünə qəbul edilməsi prosesi də bir o qədər sürətlə irəliləyər”.

Hürr Tərcüman