İsveçin NATO-ya daxil olması müqabilində Türkiyə nə alacaq?
2024-01-25 16:30:28
Hurriyyet.az xəbər verir ki, İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsindən sonra ABŞ Türkiyəyə F-16 təyyarələrini satmağa razılıq verəcək.
ABŞ-ın Ankaradakı səfiri Ceffri Fleyk "Röyter" agentliyinə müsahibəsində Türkiyə Prezidenti R.T.Ərdoğanın qanunu imzalanmasından sonra sənədin Vaşinqtona göndərilməsinin gözlənildiyini deyib. Onun sözlərinə görə, Vaşinqton Ankaradan müvafiq razılığı aldıqdan sonra F-16 qırıcılarının Türkiyəyə satışı barəsində razılaşmanı təsdiqləyəcək.
Hürr Tərcüman