📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveçrə ermənilərə 1,5 milyon frank vəsait ayırıb

2023-10-04 09:55:18

İsveçrə ermənilərə 1,5 milyon frank vəsait ayırıb

Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, İsveçrənin Xarici İşlər Federal Departamenti Azərbaycanın Qarabağ iqtisadi rayonunda separatçıların rəhbərliyi altında yaşamış erməni əsilli şəxslərə regionda və Ermənistanda yardım göstərilməsi üçün 1,5 milyon frank ayırıb.

Departamentin saytında dərc edilmiş açıqlamada deyilir: “İsveçrə Ermənistanda və regionda mülki əhalini dəstəkləməsini gücləndirmək məqsədilə 1,5 milyon franka yaxın (1,63 milyon dollara yaxın) vəsait ayırır. Bu vəsait yerlərdə xidmət edən əsas humanitar təşkilatlar arasında bölüşdürüləcək”.

Ümumilikdə, 500 milyon franka yaxın (540 milyon dollara yaxın) məbləğin Beynəlxalq Qırmızı Xaç cəmiyyətinə ayrıldığı qeyd edilir. Bundan əvvəl isə, İsveçrə hökuməti Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin 2023-cü il ərzində regiondakı fəaliyyəti üçün artıq 1 milyon dollar ayırmışdı.

Hürr Tərcüman