İsveçrə ilə Yaponiya razılaşdırlar – Rusiyaya qarşı sanksiyalar gücləndiriləcək
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya ilə İsveçrənin rəhbərləri Rusiyaya qarşı sanksiyaları gücləndirməyi qərara alıblar.
İsveçrə Prezidenti İnyasio Kassis ilə Yaponiyanın Baş naziri Fumio Kisida bu barədə razılığa gəliblər.
Kassis hazırda Yaponiyada səfərdədir. Onu qarşılayan Kisida bildirib ki, Rusiyanın davranışı “təkcə Avropada deyil, Asiyada da beynəlxalq nizamı laxladır”.
Yaponiyanın Baş naziri deyib: “Dünya ictimaiyyətinin birlik içərisində olması hələ indiki qədər aktual olmayıb. Biz İsveçrə ilə sıx əməkdaşlıq eləmək istəyərdik”.
İsveçrə Prezidenti onun sözlərini dəstəkləyərək Ukraynaya yardım eləməyə hazır olduqlarını bildirib. Tərəflər Rusiyaya qarşı sanksiyaları davam etdirmək və bundan sonra daha güclü sanksiyalar tətbiq eləmək barəsində razılaşıblar.
Hürr Tərcüman