📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ISW-dən AÇIQLAMA: İran Suriyaya daha çox silah ötürə bilər

2023-04-11 14:59:00

ISW-dən AÇIQLAMA: İran Suriyaya daha çox silah ötürə bilər

Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) belə bir fikir səsləndirib ki, İran Fələstinin İsrailə hücumlarını Suriyaya daha çox silah ötürmək üçün bir fürsət kimi baxa bilər.

Belə ki, aprelin 6-dan etibarən Suriya-İsrail sərhədində gərginlik artıb və bu, İsrailin şimalını kütləvi atəşə tutub, Suriyanın cənubunda, Livanda və Qəzza zolağında cavab zərbələri endirilib. Nəticədə İsrail bir neçə ay əvvəl olduğu kimi İranın silah karvanlarına deyil, Suriyanın cənub-qərbindəki Fələstin qurğularına diqqət yetirib. İran hesab edə bilər ki, bu vəziyyət hava hücumundan müdafiə sistemləri və dəqiq idarə olunan hərbi sursatların (PGM) iranpərəst və İranın dəstəklədiyi qrupların obyektlərinə yerləşdirilməsi üçün bir fürsətdir.

Ülviyyə, Hurriyyet.az