📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ISW: “İran Belarusda və Rusiyada PUA zavodları tikəcək”

2023-08-02 12:21:00

ISW: “İran Belarusda və Rusiyada PUA zavodları tikəcək”

Hurriyyet.az xəbər verir ki, Müharibə Tədqiqatı İnstitutunun (ISW) hesabatında İranın Belarus və Rusiyada dron istehsalı zavodlarının tikintisinə hazırlaşdığı yazılıb. Hesabata görə, bu sövdələşmə sayəsində Moskva öz PUA “ordusunu” gücləndirə, Tehran isə ölkəyə valyuta cəlb edə biləcək.

Analitiklərin informasiyasına görə, iyulun 31-də Belarusun Müdafiə Nazirliyi general-leytenant Viktor Xrenin İranın Müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşdə Belarusda kamikadze dronlarını istehsal edən zavodun yaradılmasını müzakirə edib.

Hürr Tərcüman