ISW: Putinin aşpazı etiraf etdi ki, Vaqner muzdluları Baxmutu tuta bilmir
"Vaqner" muzdlu ordusunun qurucusu Yevgeni Priqojin Donbasın Baxmut bölgəsindəki işğalçı ordusunun uğursuzluqlarına haqq qazandırmağa çalışır. Eyni zamanda, o, yalnız işğalçıların qüvvələrinin şəhəri tutmaq cəhdində maksimum nəticəyə çatdığını iddia edir. Bu barədə "Müharibə Araşdırmaları İnstitutu" (ISW) məlumat yayıb.
Analitiklərin qeyd etdiyi kimi, dekabrın 31-də rusiyalı təbliğatçılara müsahibə verən “Putinin aşpazı” Donetsk vilayətində hücum əməliyyatının çox yorucu olduğunu təsdiqləyib. Onun sözlərinə görə, orada hər ev bir “qaladır”.
"ISW"-in hesabatında deyilir: "Bu, Priqojin üçün mühüm dönüş nöqtəsidir və o, ilk dəfə Baxmutdakı Vaqner qüvvələrini əslində uğur qazana bilməmiş kimi təqdim etdi". Eyni zamanda, ekspertlər xatırladıblar ki, daha əvvəl, 2022-ci ilin oktyabrında “Putinin aşpazı” Vagner muzdlularının bir gündə 100-200 metr irəlilədiyinə inandırmışdı.
Eyni zamanda, "Müharibə Araşdırmaları İnstitutu" əlavə edib ki, Priqojin, ehtimal ki, Baxmutdakı uğursuzluqların günahını Rusiyanın Müdafiə Nazirliyi və ya müdafiə sənayesinin üstünə atmaq üçün informasiya kampaniyasına başlayıb.
Britaniya kəşfiyyatının fikrincə Rusiya qoşunları yaxın həftələrdə çətin ki, Donetsk vilayətində Baxmut yaxınlığında uğur qazana bilsinlər. Bundan əvvəl Baş Qərargah rus qoşunlarının böyük itki verdiyini, lakin Baxmut yaxınlığında hücumu davam etdirdiyini bildirmişdi.
Ülviyyə, Hurriyyet.az