📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ISW: Rusiya Baxmutu tutmaqdan imtina etdi

2023-05-06 12:18:00

ISW: Rusiya Baxmutu tutmaqdan imtina etdi

Hurriyyet.az xəbər verir ki, Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) növbəti analitik hesabatında Rusiya ordusunun Donetsk vilayətinin Baxmut şəhərinə hücum cəhdlərindən imtina eləmək qərarı verdiyini bildirib. Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks-hücumuna hazırlaşdığı deyilir.

İnstitutun qənaətinə görə, belə şərait “Vaqner” özəl hərbi şirkətini və onun başçısı Yevgeni Priqojini çətin vəziyyətdə qoya bilər.

Amerika analitikləri əmindirlər ki, Priqojinin son videolardan birində görünən aşkar qəzəbinin səbəbi RF Müdafiə Nazirliyinin Baxmutu prioritet hədəf olmaqdan çıxarması və operativ mərkəzi hərbi əməliyyatların başqa bir nöqtəsinə yerləşdirməsi olub.

Hadisələrin belə dönüşü “Vaqner” muzdlularının effektli fəaliyyət qabiliyyətini ciddi şəkildə korlaya bilər.

Bundan savayı, hesabatda qeyd olunur ki, “Vaqner” muzdlularının Baxmutdakı daimi inadkarlığı Rusiyanın Ukraynaın digər hissələrindəki əməliyyatlarının tempinin ümumi ləngiməsi ilə bir araya sığmır.

Bəlli olduğu kimi, Priqojin bu günlərdə video yayaraq, öz bölmələrini Donetsk vilayətindən çıxardığını bəyan eləmişdi. “Putinin aşpazı” növbəti dəfə RF Müdafiə Nazirliyini hədəfə alaraq, muzdluların hücumu üçün silah-sursat göndərilmədiyini bəyan eləmişdi.

Hürr Tərcüman