📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ISW: Rusiya Kremlə dron hücumunu özü təşkil etmiş ola bilər

2023-05-04 11:07:00

ISW: Rusiya Kremlə dron hücumunu özü təşkil etmiş ola bilər

Rusiya hakimiyyəti rusları Ukrayna ilə müharibəyə səfərbər etmək üçün Kremlə iki PUA hücum təşkil etmiş ola bilər. ABŞ-ın "Müharibənin Tədqiqi İnstitutu"nun (ISW) analitikləri hadisənin baş verdiyi şəraiti təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Hərbi ekspertlər xatırladırlar ki, son bir neçə ayda Rusiya hakimiyyəti Moskva ətrafında hava hücumundan müdafiə sistemini ardıcıl olaraq gücləndirib, “Pantsir” zenit-raket və silah sistemləri quraşdırıb. Onların fikrincə, bu, çətin ki, iki PUA çoxqatlı hava hücumundan müdafiə sistemini yarıb Kremlin “ürəyinin üstündə” partlaya bilsin. 
Hakimiyyətin sakit və koordinasiyalı reaksiya göstərməsi də bu səhnələşdirilmiş tamaşanın xeyrinə əsas verir. "ISW" analitikləri yazır ki, hücum Moskva üçün gözlənilməz olsaydı, o zaman müxtəlif rəsmilər, Balakliya və Xersondakı hərbi məğlubiyyətlərdən sonra olduğu kimi, təzzzadlı izahatlar verərdilər.
“Hücum daxildən elə hazırlanıb ki, nəzərdə tutulan siyasi nəticələr çaşqınlığı üstələsin”, deyə ekspertlər yekunlaşdırır. Ola bilsin ki, Kremlə Ukraynadakı müharibəni hər kəsin onda iştirakını gərəkdirən “əsrarəngiz akt” kimi təqdim etmək üçün bu səhnəyə ehtiyac var idi.

Ülviyyə, Hurriyyet.az