📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliya 2004-cü ildən bəri ilk dəfə AVRO-nun 1/4 finalına yüksələ bilməyib

2024-06-30 08:52:00

İtaliya 2004-cü ildən bəri ilk dəfə AVRO-nun 1/4 finalına yüksələ bilməyib

İsveçrə millisi az öncə başa çatan görüşdə İtaliyanı 2-0 hesabı ilə məğlub edərək AVRO 2024-dən kənarlaşdırıb.

Hürriyyət.az xəbər verir ki, Skuadra Adzura 2004-cü ildən sonra ilk dəfə Avropa Çempionatının 1/4 finalına yüksələ bilməyib. 2004-cü ildə keçirilən turnirdə italyanlar qrupdan çıxa bilməmişdilər.

Komandalar "Olimpiastadion" stadionunda (Berlin, Almaniya) qarşılaşıblar. Görüşü polşalı Şimon Marçiniakın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Bakı vaxtı ilə saat 20:00-da start fiti səslənib. İsveçrənin qollarını Remo Freuler və Ruben Varqas vurub.

Qeyd edək ki, 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə-Slovakiya oyununda bilinəcək.