📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliya klubuna yeni baş məşqçi təyin edildi

2024-07-09 21:29:26

İtaliya klubuna yeni baş məşqçi təyin edildi

İtaliya millisinin və “Milan”nın sabiq futbolçusu Alessandro Nestanın yeni iş yeri müəyyənləşib.

Hurriyyet.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Monza”ya baş məşqçi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nesta bu vəzifədə Rafaello Palladinonu əvəzləyib. 

Qeyd edək ki, Nestanın son iş yeri İtaliyanın “Reggiana” klubu olub. O, bu yay komandadan ayrılıb.

Xatırladaq ki, “Monza” A seriyasının başa çatan mövsümündə 45 xalla 12-ci yeri tutub.