📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliya nəhəngi "Napoli"nin kapitanını aparır - MƏBLƏĞ

2024-06-11 22:18:08

İtaliya nəhəngi

"Napoli"nin kapitanı və ulduzu Covanni di Lorenso "Yuventus"a keçmək üzrədir. 

"SportItalia" tərəflərin şəxsi şərtləri razılaşdırdığını iddia edib.

Bundan əlavə, "qoca sinyore"nin idman direktoru Kristiano Gintolinin "Napoli" ilə potensial transfer haqqını müzakirə etməyə hazır olduğu bildirilir. Klub funksioneri "Napoli"yə ilkin məbləğ olaraq 20 milyon avro təklif edəcək. 

30 yaşlı futbolçu 2019-cu ildən “Napoli”də forma geyinir. O, ötən mövsümdə 36 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib. \\Fanat.Az