📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliya Rusiya neftinin idxalını artırıb

2022-05-20 16:52:00

İtaliya Rusiya neftinin idxalını artırıb

Qərbin Kremlə qarşı sanksiyalarına, Aİ-nin Rusiya enerjisi ilə əlaqələri kəsmək səylərinə baxmayaraq İtaliya Rusiya neftinin idxalını artırıb.
"Kpler" xammal məlumatları kompaniyasının rəyinə görə, Rusiya bu ay İtaliyaya gündə təxminən 450,000 barel xam neft ixrac edib ki, bu da fevral ayından dörd dəfə çox və 2013-cü ildən bəri ən yüksək göstəricidir.
Nəticədə İtaliya Hollandiyanı geridə qoyub, dəniz yolu ilə Rusiya neftinin Aİ-nin ən böyük idxal mərkəzinə çevrilib.

Ülviyyə, Hurriyyet.az