İtaliya Senatı Qolodomoru soyqırım kimi tanıdı - Stalin törədib
Hurriyyet.az xəbər verir ki, İtaliya Senatı Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınmasının lehinə səs verib. Senatorlardan 130 nəfəri sənədin lehinə səs verib, 4 nəfər isə bitərəf qalıb.
Sənəddə deyilir: "1932-1933-cü illərdə SSRİ-nin İosif Stalinin rəhbərlik elədiyi kommunist rejimi qəsdən aclığa səbəb olub və nəticədə milyonlarla insan həlak olub".
Qətnamədə deyilir: "Qolodomorun xatirəsi və sovet hakimiyyətinin Ukrayna xalqına qarşı cinayətlərinin unudulmaması bu gün Rusiyanın təcavüzü və Ukrayna milli kimliyini məhv etmək üçün yeni cəhdin edilməsi dövründə daha böyük əhəmiyyət kəsb edir.
Ukrayna Prezidenti Ofisinin rəhbəri AndreyYermak deyib: "Hər şeyi öz adı ilə adlandırmaq - dəhşətli cinayətlərin təkrar edilməsinin qarşısını almaq imkanı verən açardır".
Hürr Tərcüman
