İtaliyada avtobus yerüstü keçiddən aşıb, ölənlər var
2023-10-03 23:37:47
İtaliyanın şimalında avtobus yerüstü keçiddən aşıb, ölənlər var.
Hadisə Venesiya ilə Mestre arasında yerləşən qatar yolunda qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində azı 20 nəfər ölüb.
Hadisə yerinə xilasedicilər, polis və bir neçə təcili yardım briqadası cəlb olunub.
Avtobus qəzasından sonra Mestre ilə Venesiya arasında qatarların hərəkəti dayandırılıb.\\Report.Az