📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliyada milyonlarla avroluq rəsm əsərləri oğurlandı

2026-03-30 11:04:40

İtaliyada milyonlarla avroluq rəsm əsərləri oğurlandı

İtaliyanın Parma şəhəri yaxınlığındakı Manyani-Rokka Fondunun muzeyindən Renuar, Sezanna və Matissenin rəsmləri də daxil olmaqla üç sənət əsəri oğurlanıb.

Hurriyyet.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, oğurluq hadisəsi martın 22-dən 23-ə keçən gecə baş verib.

Cinayətkarlar Luigi Manyaninin şəxsi kolleksiyasının yerləşdiyi Manyani villasının giriş qapısını sındırıblar. Pyer-Ogüst Renuarın "Balıqlar", Pol Sezannanın "Albalılı natürmort" və Anri Matissenin "Terrasdakı xanım" akvarel rəsmləri oğurlanıb. Bu əsərlərin dəyəri milyonlarla avro ilə qiymətləndirilir.

Manyani-Rokka Fondu İtaliyanın ən vacib sənət kolleksiyalarından birini saxlayır və bu kolleksiyaya Tisian, Dürer, Rubens, Qoya, Kanova, Mone və digər rəsm ustalarının əsərləri daxildir.