📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliyada şəhəri tovuzquşları “ələ keçirdi”

2026-05-06 19:16:17

İtaliyada şəhəri tovuzquşları “ələ keçirdi”

İtaliyanın Adriatik sahilində yerləşən Punta-Marina şəhərində tovuzquşların artması ciddi problemlərə səbəb olub.

Hurriyyet.az  xəbər verir ki, bu barıdə yerli media məlumat yayıb.

Bildirilib ki, şəhərdə təxminən 400-ə yaxın tovuzquşu məskunlaşıb və bu, sakinlərin gündəlik həyatını çətinləşdirib.

Şəhər sakinlərinin sözlərinə görə, quşlar küçələrdə sərbəst gəzərək yol hərəkətinə mane olur, avtomobil və evlərin damlarına ziyan vurur.

Şəhər hakimiyyəti tovuzquşların sayının dəqiq müəyyənləşdiriləcəyini və problemin həlli üçün tədbirlər görüləcəyini açıqlayıb. Lakin heyvan müdafiəçiləri quşların toxunulmaz olduğunu bildirərək hər hansı köçürmə və ya məhdudiyyətə qarşı çıxırlar.