📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliyada təxirə salınan oyunlar bu tarixdə keçiriləcək - AÇIQLANDI

2025-04-21 20:20:41

İtaliyada təxirə salınan oyunlar bu tarixdə keçiriləcək - AÇIQLANDI

Roma Papası Fransiskin ölümü ilə əlaqədar A Seriyasında 33-cü turdan təxirə salınan 4 görüşün keçiriləcəyi vaxt müəyyənləşib. 

Bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Bu gün keçirilməli olan olan matçlar 23 aprel tarixinə ertələnib. 

Bütün qarşılaşmalar saat 19:30-da başlayır.

Söhbət "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" matçlarından gedir. 

Qeyd edək ki, həmin gün İtaliya kubokunun yarımfinal mərhələsinin “İnter”lə “Milan” arasında cavab oyunu da keçiriləcək. Sözügedən matç saat 22:00-da başlayacaq. \\Fanat.Az