📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliyadakı yanğınlarda milyonlarla bal arısı tələf olub

2021-08-07 15:23:00

İtaliyadakı yanğınlarda milyonlarla bal arısı tələf olub

Hurriyyet.org xəbər verir ki, İtaliyanın daha çox cənub bölgələrini əhatə edən meşə yanğınları ilə mübarizə davam edir. Yanğınlar səbəbindən Sardiniya adasında milyonlarla bal arısı məhv olub.

Ölkənin ən böyük ekologiya təşkilatlarından olan “Legambiente” təşkilatının BBC kanalının türk redaksiyasına verdiyi açıqlamaya görə, Sardiniyadakı yanğınlar nəticəsində ən azı 30 milyon bal arısı ölüb, 650 arı pətəyi məhv olub.