📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliyadan İsrailə qarşı sərt məhdudiyyətlər

2024-10-16 13:24:31

İtaliyadan İsrailə qarşı sərt məhdudiyyətlər

Hurriyyet.az xəbər verir ki, İtaliya İsrailə silah ixracına sərt məhdudiyyətlər qoyub.
İtaliyanın Baş naziri Corca Meloni müttəfiqlər arasında onun ölkəsinin İsrailə silah ixracına qarşı ən sərt qadağalar qoyduğunu bildirib.
Meloni bu açıqlamanı İtaliya parlamentinin senatındakı çıxışında verib. 
Baş nazirin sözlərinə görə, İsrailin Qəzza bölgəsində əməliyyatlara başlamasından sonra İtaliya hökuməti "dərhal İsrailə hərbi məhsulların ixracı üçün yeni lisenziyalar verilməsini dayandırıb".
Meloni deyib: "Beləliklə, oktyabrın 7-dən sonra imzalanan bütün müqavilələrin icrası dayandırılıb. Oktyabrın 7-nə qədər verilmiş bütün ixrac lisenziyaları hər bir konkret halda analiz edilib".
Baş nazir qeyd edib ki, bütün yeni ixrac lisenziyalarını tam əngəlləyən ölkəsinin mövqeyi Böyük Britaniya. Almaniya və Fransanın mövqeyindən daha sərt və daha çox məhdudiyyətlidir.
Hürr Tərcüman