İtaliyalı ekspertdən AÇIQLAMA: Erməniləri sülhə məcbur etmək əməliyyatı...
2023-09-20 14:11:29
Enerji analitiki, “Piza” Universitetinin professoru Françesko Sassi öz Twitter səhifəsində Qarabağda hazırkı “sülhə vadar etməni” daha sadə izah edir. Ekspert qeyd edir ki, erməniləri sülhə məcbur etmə Avropada enerji təhlükəsizliyinin artırılması naminə həyata keçirilir.
Aİ-nin Azərbaycandan qaz tədarükünün genişləndirilməsinə (2 dəfə, ildə əlavə olaraq 15 milyard kubmetr), Türkiyənin isə qaz qovşağının yaradılmasına ehtiyacı var. Potensial olaraq Türkmənistan və Qazaxıstan qazı da ora gedə bilər ki, bu da on milyardlarla kubmetr qaz deməkdir. Yəqin ki, o zaman yeni qaz boru xəttinə ehtiyac olacaq və onu Gürcüstandan keçən indiki dolambaçlı marşrut əvəzinə Qarabağdan keçirtmək sərfəlidir.
Ülviyyə, Hurriyyet.az