📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliyanın Baş naziri istefa verib

2022-07-14 22:20:00

İtaliyanın Baş naziri istefa verib

İtaliyanın Baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya çatdıracaq.

“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təhvil verəcəyəm”, - məlumatda deyilir.