📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtaliyanın baş naziri: İtaliyadan İspaniyaya qaz kəməri çəkməyi müzalirə edirik

2022-04-01 17:50:00

İtaliyanın baş naziri: İtaliyadan İspaniyaya qaz kəməri çəkməyi müzalirə edirik

İtaliyanın baş naziri Mario Draqi Avropanın Rusiya qazını kəsmək planlarının bir hissəsi kimi İspaniyaya qaz kəmərinin çəkilməsi ideyasını İspaniyalı həmkarı ilə müzakirə etdiyini bildirib. Bu barədə "Reuters" xəbər verir.
"Avropanın cənubi Aralıq dənizi ölkələri indi dərk edirlər ki, onlar bu gün qaz, həmçinin sabah hidrogen üçün çox vacib mərkəz ola bilərlər", deyən Draqi əlavə edib ki, Rusiya ehtiyatlarının 30-40%-nin dərhal əvəzlənə bilər, qalanını əvəz etməksə çox daha çətin olacaq. "Aİ Komissiyası qaz kəmərinin çəkilməsi imkanlarını öyrənir", deyə baş nazir bildirib.
İspaniya Avropada ən böyük qazlaşdırma qabiliyyətinə malikdir, lakin qazın Pireney dağ silsiləsi vasitəsilə Avropaya nəqli dar boğazlara görə problem olub.
Qaz tədarükünün təxminən 40%-ni Rusiyadan alan Avropa Moskvanın Ukraynaya müdaxiləsindən sonra alternativlər tapmağa və tədarükünü şaxələndirməyə çalışır.
Ülviyyə, Hurriyyet.az