İtaliyanin məşhur klubu Qurbanovu istəyir - İDDİA
2024-03-09 17:48:32
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov İtaliyanın məşhur "Latzio" klubuna keçə bilər.
Hurriyyet.az xəbər verir ki, belə bir iddia ilə "Azərbaycan Futbolu" səhifəsi çıxış edib.
İddialara görə, 51 yaşlı mütəxəssis "Latzio" klubunun baş məşqçi postuna namizədlər arasında yer alıb.
Qeyd olunub ki, "Serie A"-da 9-cu pillədə yer alan "Latzio" hazırki baş məşqçisini göndərib, yerinə Qurbanovu gətirmək istəyir.
Xatırladaq ki, Qurbanov 15 ildir ki, Ağdam klubunu çalışdırır.