📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtgin düşmüş 3 nəfər haqqında xəbər

2024-06-07 10:42:13

İtgin düşmüş 3 nəfər haqqında xəbər

Hurriyyet.az

İyunun 6-da polis itkin düşmüş kimi axtarışda olan 3 nəfəri tapılıb.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 18-dən Şəki rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 78 yaşlı kişi, mayın 27-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, iyunun 5-dən Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.