📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtkin düşən kursant tapıldı

2022-02-16 23:52:00

İtkin düşən kursant tapıldı

Üç gün əvvəl itkin düşmüş Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı tapılıb.

 

Hurriyyet.az xəbərverir ki, bu barədə APA-ya kursantın atası Elşən Hüseynov məlumat verib.

 

E.Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıda yerləşən hərbi akademiyaya gəlmək üçün yola düşüb.

 

Bundan sonra ondan xəbər olmayıb.