📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtkin düşən tələbə qızın meyiti dənizdən tapıldı

2023-11-09 19:33:17

İtkin düşən tələbə qızın meyiti dənizdən tapıldı

Türkiyədə gənc qızın meyiti dənizdən tapılıb.

Hurriyyet.Az yerli KİV-ə istinadla bildirir ki, Trabzon şəhərində 19 yaşlı tələbə Ümran Aslanın itkin düşməsi ilə bağlı polisə müraciət edilib. Aparılan axtarış tədbirləri isə heç bir nəticə verməyib.

Vakfıkebir qəsəbəsində balıqçılar dənizdə bir meyit görərək, polisə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin Ü. Aslana məxsus olduğunu müəyyənləşdiriblər. Qızın hansı şəraitdə suda boğulub ölməsi hələlik bilinmir.Araşdırma aparılır.

Lent.az