📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtkin düşən Yusifin Varşavada meyiti tapıldı

2023-06-22 14:10:00

İtkin düşən Yusifin Varşavada meyiti tapıldı

Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək  ki, Y.Həsənov itkin kimi axtarılırmış.