📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtləri avtomobilə bağlayıb sürüdülər - VİDEO

2022-07-26 13:34:00

İtləri avtomobilə bağlayıb sürüdülər - VİDEO

Bərdə rayonunda itlərə işgəncə verilib.

Hurriyyet.az-ın məlumatına görə, itləri avtomobilə bağlayıb yolboyu sürüyüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək və ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, ötən gün Neftçala rayonunda da Cəsarət Bayramov və Kənan Dünyamalıyev bel ilə vəhşi heyvanın başına vuraraq işgəncə verib öldürmüşdülər.  

olke.az