📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İvanişvili Saakaşvilinin partiyasına qarşı "Nyunberq məhkəməsi" vəd edib

2024-08-22 13:29:39

İvanişvili Saakaşvilinin partiyasına qarşı

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu Bidzina İvanişvili hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilinin lideri olduğu müxalif "Vahid milli hərəkat" partiyasına qarşı "Nyunberq prosesinin bənzərinin aparılacağını" vəd edib.  
İvainişvili deyib: "Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri "Vahid milli hərəkat"a qarşı Nyunberq prosesi olmalıdır. Gürcü xalqının qanuni əksəriyyəti xarici agenturaya xidmət edən, hər cür antidövlət tapşırıqları yerinə yetirməyə hazır olan bu vətənsiz siyasətçilər birliyinə qarşı lazımi hökmü verəcəkdir".
"Gürcü arzusu" bu hədəfinə çatmaq üçün təkcə seçkilərdə qalib gəlməklə kifayətlənməməli, parlamentdəki yerlərin dörddə üçünü tutmağa nail olmalıdır.
İvanişvili deyib: "Gürcüstanın təkcə qısamüddətli deyil, həm də uzunmüddətli milli məqsədlərini uğurla həll etmək üçün "Gürcü arzusu" konstitusiya çoxluğuna bərabər qələbə qazanmalıdır".
Hürr Tərcüman