İvanişviliyə qarşı sui-qəsd planı ifşa olunub
2024-07-23 12:51:40
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hakim "Gürcüstan arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə və partiyanın digər yüksək vəzifəli şəxslərinə qarşı terror aktına hazırlıqla bağlı cinayət işini araşdırır. Bu barədə Gürcüstanın "İmedi" telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, artıq bir neçə gündür bu işlə bağlı istintaq aparılır. Dindirilənlərin çoxu Ukraynada döyüşmüş şəxslərdir.
Hürr Tərcüman