📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İvanka Tramp ifadə verəcək

2022-01-21 14:47:00

İvanka Tramp ifadə verəcək

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ-da 2021-ci il yanvarın 6-da Konqresə hücumla bağlı təhqiqat apran Nümayəndələr Palatası Xüsusi Komitəsi keçmiş ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Trampı ifadə verməyə çağırıb.

İvanka Trampa göndərilən çağırış məktubunda yazılıb: “Komitə Prezident Tramp ilə o dövrün vitse-prezidenti Mayk Pens arasında 6 yanvar günü səhər saatlarındakı və şahidi olduğunuz söhbətin detallarını öyrənmək istəyir”.

İvanka Tramp Donald Trampın ailə üzvləri arasında Komitədə ifadə vermək üçün çağrılan ilk şəxs olub.

Konqres binasındakı 6 yanvar hadisələri zamanı 1 nəfəri polis olmaqla 6 nəfər həlak olmuşdu. 2021-ci ilin fevralında Senatın keçirdiyi səsvermə Donald Trampın hadisələrdə günahkar olmadığına qərar vermişdi.

Hürr Tərcüman