İvanovkada 37 yaşlı kişinin meyiti tapıldı
2026-11-02 15:12:29
İsmayıllıda 37 yaşlı kişinin meyiti tapılıb.
Hurriyyet.net xəbər verir ki, hadisə İvanovka kəndində qeydə alınıb.
Belə ki, oktyabrın 31-i saat 08 radələrində 1989-cu il təvəllüdlü kənd sakini Mixail İvanoviç Strekalovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.