📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İxtisas seçimi edən minlərlə abituriyent qəbul ola bilməyəcək

2026-08-22 14:52:25

İxtisas seçimi edən minlərlə abituriyent qəbul ola bilməyəcək

Bəzi ixtisas qrupları üzrə keçid ballarının yüksələcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb. Məlumata görə, 87 139 abituriyent ixtisas seçimi edib. Lakin ümumilikdə 61 516 plan yeri var. Beləliklə, ixtisas seçimi edən abituriyentlərin sayı plan yerlərinin sayını 25 623 nəfər üstələyir.

Ekspertlərin sözlərinə görə, ən çox rəqabətin 3-cü qrup üzrə olacağı gözlənilir.