📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İyulda Ukrayna ilə bağlı danışıqların başlanması gözlənilir”

2023-06-27 10:49:00

“İyulda Ukrayna ilə bağlı danışıqların başlanması gözlənilir”

Hurriyyət.az xəbər verir ki, Almaniyanın ARD telekanalının məlumatına görə, iyunun 24-də Kopenhagendə “ciddi məxfilik şəraitində” Ukrayna ilə bağlı sülh konfransı keçirilib. Orada bir sıra Qərb ölkələri və Ukraynanın təmsilçiləri ilə yanaşı, Çin, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Braziliya və CAR ölkələrindən olan diplomatlar iştirak edilər.

ARD-nin verdiyi xəbərə görə, artıq bu ilin iyul ayında bu ölkələrin iştirakı ilə rəsmi sülh danışıqları başlanacaq.

Danimarka mətbuatının və Fransanın AFP informasiya agentliyinin məlumatlarına görə, konfransın Danimarkada keçirilməsi təşəbbüsünü Ukrayna irəli sürüb.

Qeyd edilir ki, danışıqların əsas məqsədi Qlobal Cənub ölkələrinin dəstəyini almaq və indiyədək Ukrayna məsələsində neytral olan dövlətlərin dəstəyini qazanmaqdır.

Rusiyanın ehtimal edilən iyul danışıqlarında iştirakının planlaşdırıb-planlaşdırılmaması barəsində məlumat verilməyib.

Hürr Tərcüman