📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İzmirdə baş verən partlayışla bağlı həbs olunanların SAYI ARTDI

2026-11-10 18:23:31

İzmirdə baş verən partlayışla bağlı həbs olunanların SAYI ARTDI

Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən HABAŞ dəmir-polad zavodunda baş verən partlayış nəticəsində 17 işçi həyatını itirib.

Hurriyyet.net  xəbər verir ki, hadisə zamanı 14 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Faciə maye poladın tökülməsi prosesi zamanı baş verib. İlkin araşdırmalara görə, yuxarı kranın çökməsi və qövs sobasına düşməsi nəticəsində güclü partlayış meydana gəlib. Hadisə saat 12:00 radələrində qeydə alınıb.

Partlayışdan sonra ərazidə başlayan axtarış-xilasetmə əməliyyatları gecə saatlarına qədər davam edib. Hazırda dağıntılar altında qaldığı bildirilən bir nəfərin axtarışı aparılır.

Hadisə ilə bağlı məhkəmə istintaqı çərçivəsində saxlanılanların sayı 11-ə çatıb. Ölən 17 işçinin şəxsiyyəti müəyyən edilib. Onların meyitləri yarılma və identifikasiya prosedurlarının aparılması üçün İzmir Məhkəmə Tibbi Ekspertiza İnstitutuna aparılıb. Yaxınlarını itirən ailələr də meyitləri təhvil almaq üçün quruma müraciət ediblər.

Faciə ilə əlaqədar Türkiyənin energetika və təbii sərvətlər, əmək və sosial təminat, həmçinin səhiyyə nazirləri zavodda olub, əraziyə baxış keçiriblər.

Yaralıların xəstəxanalarda müalicəsi davam edir. Hadisənin dəqiq səbəbləri araşdırılır.