İzmirdə silahlı insident - 5 ölü, 2 yaralı
2023-05-12 11:14:00
Türkiyənin İzmir şəhərində kafelərdən birində silahlı insident baş verib.
Hurriyyet.az xəbər verir ki, iki qrup arasında baş verən atışma nəticəsində 5 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.
Məlumata görə, iki qrup aralarındakı mübahisəni həll etmək üçün kafedə görüşüb. Mübahisə daha sonradan silahlı insidentə çevrilib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
qafqazinfo.az