📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Jalə Əhmədovanın könüllü axtarışı tənqid olundu — ​FOTO

2022-01-29 22:12:00

Jalə Əhmədovanın könüllü axtarışı tənqid olundu — ​FOTO

Milli Məclisin deputatı Jalə Əhmədova “Millət vəkilinin könüllüləri” layihəsini elan edib.

J.Əhmədovanın gənclərə çağırışı sosial şəbəkələrdə tənqid olunub.

Bildirilib ki, deputat maaş alır, amma görəcəyi işləri könüllülərin həyata keçirməsini istəyir.

Qeyd olunub ki, burada şəxsi maraqlar qabardılıb və gənclər üçün heç bir perspektivi yoxdur.

Müzakirələr zamanı o da vurğulanıb ki, J.Əhmədovanın bu təşəbbüslə çıxış etməsi dövlət qurumlarının könüllü layihəsinə kölgə salır.

Məsələ ilə bağlı gün ərzində deputatla əlaqə saxlasaq da, zənglərə cavab verməyib.

Mövqeyini dərc etməyə hazırıq.

undefined

 

Pravda.az