📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Jalə Əliyeva Avropa çempionu oldu

2024-05-24 19:59:21

Jalə Əliyeva Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

İdmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğluna qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün həmçinin digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) yarışı gümüş medalla başa vurub. \\Redaktor.Az