📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Japarov da Xankəndiyə gəlir

2025-07-03 09:37:34

Japarov da Xankəndiyə gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Azəbaycana səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, Japarov 3-4 iyul tarixlərində ölkəmizdə işgüzar səfərdə olacaq.

Qırğızıstan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci sammitində iştirak edəcək.

Həmçinin Japarovun səfəri zamanı Ağdam rayonunda Qırğızıstan tərəfindən tikilmiş “Aykol Manas” məktəbinin rəsmi açılışı keçiriləcək.

Qafqazinfo.az