Jirinovski aktrisaya koronadan ölüm arzuladı
2021-12-27 11:50:00
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rus aktrisası Mariya Şukşinanı koronavirus vaksinləri ilə bağlı mövqeyinə görə sərt şəkildə tənqid edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
“Mariya, sən kobud səhv edirsən. Əgər peyvənd vurdurmaq istəmirsənsə, vurdurma. Evdə otur, yolux və yavaş-yavaş öl”, - deyə o bildirib.
Qeyd edək ki, tanınmış aktrisa M.Şukşina peyvənd əleiyhinə çağırış edib.