Jirinovskidən təəccüblü XAHİŞ-"Üçüncü dünya müharibəsini təxirə salın"
Qalmaqallı rus siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski üçüncü dünya müharibəsinin başlanacağını proqnozlaşdırır. Onun sözlərinə görə, hər şey Ukraynadan başlayacaq. Siyasətçi müharibə tarixini də səsləndirib-2027-ci il. O, "Rusiya 1" telekanalının efirində bu açıqlamanı verib.
Jirinovski, hərbi təlimlər adı altında NATO-nun Rusiya sərhədlərinə silah-sursat topladığına əminliyini ifadə edib. "Bu, müharibəyə hazırlığın növbəti mərhələsidir və 2027 -ci ildə növbəti təlimlər döyüş meydanına çevriləcək, əsl müharibə başlayacaq", Jirinovski deyib.
Müharibənin niyə 2027-ci ildə başlayacağı sualına isə, Jirinovski növbəti ildönümünü sakit atmosferdə qeyd etmək istədiyini söyləyib. "80 yaşımı sakitcə qeyd etmək istəyirəm. 2026-cı ildə, 80 il, sonra isə 85 yaşıma qədər başlaya bilərsiniz", siyasətçi deyib. O həm də bildirib ki, əvvəllər Ukraynada bütün genişmiqyaslı dünya müharibəsi üçün kifayət edəcək nəhəng silah ehtiyatları var idi. Ancaq onun sözlətinə görə, sonra bütün silahlar oğurlanaraq satılıb.
Ülviyyə, Hurriyyet.az