📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Jirinovskinin ölüm xəbərini yayan senator üzr istədi

2022-03-25 17:12:00

Jirinovskinin ölüm xəbərini yayan senator üzr istədi

Teleqram kanalında LDPR lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı məlumat yayan senator Aleksandr Pronyuşkin izləyicilərindən üzr istəyib.

Hurriyyet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yazdığı postu silən Pronyuşkin məlumatın səhifəsində yayılmasında əli olanların məsuliyyətə cəlb ediləcəyini bildirib.

"Əziz dostlar və həmkarlar, mən öz kanalımda Vladimir Volfoviç Jirinovski haqqında təsdiqlənməmiş məlumatların dərcinə görə üzr istəyirəm", - senator yazıb.

Qeyd edək ki, Jirinovskinin ölməsi ilə bağlı Pronyuşkinin paylaşımından sonra Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumatı təkzib edib. Səhiyyə Nazirliyi Liberal Demokrat Partiyasının liderinin vəziyyətinin stabil olaraq qiymətləndirib.