📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Jirinovskinin vida mərasimində SENSASİON OLAY: Putin mərasimə nüvə çantası ilə gəldi

2022-04-09 13:01:00

Jirinovskinin vida mərasimində SENSASİON OLAY: Putin mərasimə nüvə çantası ilə gəldi

“İstanbula atom bombası ataq” ritorikası ilə tanınan rusiyalı deputat Vladimir Jirinovski bir müddət əvvəl Covid-19 səbəbilə dünyasını dəyişib. Jirinovskinin dəfn mərasimində iştirak edən Putin dua edib və tabutun yanına gül qoyub. Xarici mətbuatda gündəmə gələn xəbərdə Vladimir Putinin mühafizəçisinin daşıdığı çanta olay olub.

Hurriyyet.az xəbər verir ki, Moskvadakı dəfn mərasimində iştirak edən Putinin gəlişindən əvvəl təhlükəsizlik məqsədilə zalda olanların hamısı bayıra çıxarılıb.

Putinin mühafizəçilərindən birinin əlindəki çantanın Rusiyanın nüvə silahlarına nəzarət edən sistem olduğu iddia edilib.

İngiltərə mətbuatında gündəmə gələn xəbərdə, Ukraynaya təcavüzün başladığı gündən bəri Putinin nüvə müharibəsi olacağı təqdirdə çantanı yanında qoymadığı bildirilib.

Qeyd edək ki, 2015-ci ildə Rusiya ilə Türkiyə arasında təyyarə böhranı yaşanmışdı. Rusiya ordusuna məxsus təyyarə Suriyadakı türkmənləri bombalamaq üçün dəfələrlə Türkiyənin hava məkanını pozmuşdu. Bu pozuntulardan sonra Rusiya təyyarəsi vurulub. Rusiya təyyarəsinin vurulması bütün dünyada gündəmdə olduğu bir vaxtda Vladimir Jirinovski “vurulan təyyarənin müqabilində Boğaza atom bombası ataq” demişdi.