JİRİNOVSKİYƏ TARİX DƏRSİ - Rusiyada türkmənşəli çarların hakimiyyətinə kimlər və niyə son verdi?
2021-08-24 11:53:00
Redaksiydan: 2016-cı ilin aprel ayında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzeti vasitəsilə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə açıq məktub ünvanlamışdı. Mövzunun aktuallığını nəzərə alıb, həmin yazını yenidən dərc edirik:
Cənab Jirinovski!
Azərbaycanda özünə hörmət edən heç bir siyasətçi sənin türk, islam və Azərbaycan dövləti haqqında tarixi həqiqətləri ört-basdır və təhrif etməklə, zaman-zaman sərsəm çıxış və bəyanatlarına cavab verməyi özünə sığışdırmır. Çünki səni Azərbaycanda “Kreml təlxəyi” kimi tanıyırlar.
Avropada da sənin çıxışlarına məhəl qoymurlar. Sənin partiyan ilk dəfə Dumaya seçkilərdə 6 milyon səs yığdıqdan sonra, Avropa analitikləri rus xalqının ruhi vəziyyəti ilə bağlı əndişələrini ifadə etmişdilər. Onlar belə hesab edirdilər ki, ağlı başında olan kimsə sənin kimi ağır psixoloji-ruhi vəziyyətdə olan insana səs verməz…
(Əvvəli bu linkdə: https://hurriyyet.az/az/post/jirinovskiye-tarix-dersi---rusiyada-turkmenseli-carlarin-hakimiyyetine-kimler-ve-niye-son-verdi-344765)
Ruslar kimdir?
Ruslar, iddia edildiyi kimi, hibrid slavyan və ya türk mənşəlidir? Tarix elmində “İqor polku haqqında dastan"dan da qabaq, yazılı ədəbiyyatda ruslar haqqında ilk məlumata X əsrə aid edilən naməlum məllifin yazdığı “Dünyanın qəriblikləri – Əcaib Dünya” adlı coğrafiya kitabında rast gəlmək olar. Həmin kitabda rusların “zəif inkişaf etmiş türk tayfası” olduğu qeyd edilmişdir. Nəzərə alsaq ki, həmin kitabda əksər xalqların etnogenezi haqqında təcrübəyə əsasən dəqiq və təkzibedilməz ətraflı şərh verilmişdir, bu faktı da şübhə altına salmaq mümkün deyildir.
Ruslar, doğrudandamı, bəzi sovet rus alimlərinin iddia etdiyi kimi, monqol-tatar və slavyan hibridinə aiddir, yoxsa həqiqətən zəif inkişaf etmiş (türklərə xas etnik əlamətlərin zəifliyi) xalis türkdürlər? Bunun üçün rusların antropologiyasına, tarixinə, coğrafi toponomikasına, dilinə və s. baxmaq lazımdır.
Rusların antropologiyası – irqi mənsubiyyət
Əgər ruslar slavyandırsa, onda gərək onlar hind-avropa irqinə aid olsunlar. Cənab Jirinovski Putinlə özünün antropologiyasını müqayisə etsə, adi gözlə görər ki, Putunin antropologiyası ona yox, Qazaxstan prezidenti Nursultan Nazarbayevə, yəni qıpçaq-türk antropologiyasına uyğundur. Rusiyanın yerli əhalisinin 99 faizi məhz türk-monqol antropologiyasına aiddir. Uzun illər bunu, guya, rus slavyanlarının monqol istilaları nəticəsində irqlərin qarışması ilə izah ediblər. Amma müasir rus alimləri monqol-tatar istilasının mif olduğunu, Avropaya yürüş edən monqol-tatarların Rusiya ərazisinə ayaqlarının dəymədiyini sübut etmişlər. Deməli, rus xalqı aborigen olaraq monqol-tatar antropologiyasına malikdir. Bunun belə olub-olmadığını bilmək çətin deyil. Bunun üçün Rusiya əhalisini DNK testindən keçirmək olar. Onda sübut olunar ki, etnik ruslar mənşcə slavyan yox, həqiqətən türkdür.
Rusiya çarları
Rusiya tarixinin ən möhtəşəm çarları – Boris Qodunov, İvan Qroznı və I Pyotr mənşəcə kim olub? Bunun üçün rus alimlərinin tədqiqatlarına baxmaq kifayətdir. I Yekaterinaya kimi Rusiyanı idarə edən bütün çarların mənşəcə Krım türklərindən olduğunu rus alimləri etiraf edir. Hətta Rusya tarixinin ən möhtəşəm çariçası – Rusiyanın Yelizavetası hesab ediləcək Narışkinanın Krım xanının qızı olduğu da məlumdur. Yalnız I Pyotrdan sonra alman-ingilis mənşəli çarlar – Romanovlar Rusiyaya ağalıq edib.
Bəs türk-rus hakimlərini alman-ingilis hakimlərin əvəz etməsi necə baş verib?
Bu, əslində rus tarixinin ən ciddi suallarından biridir. Rus tarixindən məlumdur ki, I Pyotrun anası Natalya Krılovna Narışkinadır. Narışkinlər xalis Krım türkləri olmuşdur.
Haşiyə çıxım ki, rus türklərinin adları ilk baxışdan çaşqınlıq yarada bilər. Amma bu gün türk dünyasında "Tövrat" və "İncil"dən götürülmüş müqəddəs şəxslərin adları geniş yayılmışdir. Eləcə də şimal türkləri arasında İsa Məsihin davamçılarının adları dəbdə olmuşdur.
Rusiyada türkmənşəli çarların alman, ingilis mənşəli çarlarla əvəzlənməsi I Pyotrun vaxtına təsadüf edir. I Pyotr 05 fevral 1722-ci ildə rus taxtına varsliklə bağlı qanun vermiş (niyə?!), kişi xətti ilə taxta varisliyi ləğv etmişdir və varisin hakm çar tərəfindən təyin edilməsi ilə bağlı qərar qəbul etmişdir (Bu qərarla yalnız bir çariça – I Yekaterina hakimiyytə gəlmişdir!!). Bu qərarın verilməsinin səbəbləri hələ də məlum deyil. Bununla da taxta əsilzadə mənşəyi olmayan təsadüfi insanların gəlməsinə yol açılmışdı. Bu fərmandan sonra rus taxtına istənilən adam gələ bilərdi. I Pyotrun yeganə varisi – böyük oğlu Aleksey senatda istintaq zamanı dar ağacından asılmaqla öldürülmüşdür!
I Pyotrun öz yeganə varisini – Petr Alekseyi öldürməsi hadisəsi rus tarixində birmənalı izah edilmir. İlkin səbəb kimi I Pyotrun apardığı islahatları müdafiə etməməsinə görə oğlunu edam etdirdiyi göstərilir. Lakin tarixdən məlumdur ki, Petr Aleksey Rusiyada formalaşmış alman-ingilis lobbisi tərəfindən Avropda alman-ingilis düşməni olan fransız-italyan dövlətlərinə casusluqda ittiham edilmiş və Pyotrun oğlunun əfv edilməsi ilə bağlı israrlı göstərişinə baxmayaraq, senat, guya, onun günahını sübut etmiş və dərhal da edam etmişdir. Bununla da Pyotr, faktiki olaraq, varislikdən məhrum edilmişdir. Bu da Pyotrun məlum qanunu verməsinə əsas yaratmışdır.
Rus zadəgənları – Dolqorukiy, Qolıçin çar kimi onun oğlunu, zadəgən nəslindən olan nəvəsi Petra Alekseyeviçi görmək istəmişlər. Lakin qraf Tolstoy, baş prokuror Yaqıjinskiy, kansler qraf Qolovkin və Menşikov (Pyotrun varisini edama məhkum edən əsas simalar) hakimiyyəti Petr Alekseyeviçin əldə saxlaya bilməyəcəyini bəhanə edərək, buna razı olmamışlar.
Tarixdən məlumdur ki, bir çox hallarda monarxlar lap kiçik yaşlarında taxta əyləşdirilmiş, onun əvəzindən dövlət qəyyumlar tərəfindən idarə olunmuşdur. Rusiya da belə idarə oluna bilərdi. Amma bunu istməyənlər qalib gəlmiş və nəticədə mənşəyi bu günə qədər heç kəsə məlum olmayan, əxlaqı haqqında fantastik şaiyələr gəzən və I Pyotrun yatağına necə gəlib çıxması, onun sevgisini qazanması haqqında söz səviyyəsində bilgilər olan I Yekaterina taxta çıxmışdır. Pyotrun ömrünün son 20 ilini Yekaterina ilə küsülü yaşaması ortalıqda ciddi bir eşqin yaşanmadığını sübut edir. Bununla da rus taxt-tacında türk mənşəli çarların erası başa çatmışdır.
Rus zadəganları
Hər bir xalqın etnik kimliyi həm də zadəgan silkinin tərkibi ilə müəyyən oluna bilər. Ola bilsin ki, rus çarları təsadüfə görə türkmənşəli olub. Bəs rus zadəganları – rus xaqının aristokratik elitası mənşəcə kimlərdən təşkil olunub?
Rus tədqiqatçıların apardıqları tədqiqata görə, rus zadəganların böyük əksəriyyəti – ən məşhur rus familiyalılar – türkmənşəlidir.
Rus dili
Hər bir xalqın dilinin lüğət tərkibi onun milli kimliyini göstərir. Bu gün rus dilində 100 mindən çox türkmənşəli söz vardır. Dillərin bir-birinə təsiri bir xalqın uzun illər digərinin hakimiyyəti altında olması ilə bağlıdır. Buradan sual doğur: əgər Rusiya uzun illər türklərin hakimiyyəti altında olmayıbsa, onda rus dilində bu qədər türk sözü necə meydana çıxıb? Halbuki rus dilində slavyan, ingilis, alman mənşəli sözlər bundan qat-qat azdır. Ruslar öz dillərindəki “mama” və “papa” protosözlərin belə, mənasını slavyan dilində izah edə bilməsələr də, hər bir türkə məlumdur ki, türklər ananın südünü uşağa məmə (mama) kimi, yeməyi pəpə (papa) kimi tanıdırlar. Yəni, mamanın – südverən, papanın – yeməkverən mənasında işləndiyi aydın olur. Buradan rusların protosözlərinin belə, türk dilində olması sübut olunur. Yəni əslində əsl rus dili də türk dilinin bir qoludur.
Rus toponomikası
Hər bir xalqın etnik mənşəyi həm də həmin xalqın məskunlaşdığı coğrafiyanın yer adları toponimikası ilə müəyyən oluna bilər. Bu gün heç bir slavyan Moskva, Kreml, Sibir, Tayqa, Ankara, Yenisey, Ural v s. kimi sözlərin mənasını izah edə bilməz. Ancaq istənilən türkdilli xalqın nümayəndələri bu sözlərin mənasını sizə asanlıqla izah edə bilər.
I Pyotrun vəsiyyəti?!
Rusiya tarixinin ən müəmmalı məsələrindən biri də I Pyotrun vəsiyyətnaməsidir. Rus tarix elminə rəsmi sənəd kimi belə bir vəsiyyətnamənin olması məlum deyil və obyektiv rus alimləri belə bir vəsiyyətnamənin mövcudluğunu inkar edirlər. Bu vəsiyyətnaməni ondan sonra taxta çıxan I Yekaterina və onun varisləri rus siyasətinin istiqamətəni müəyyən edən bir sənəd kimi ortalığa qoymuşdur. Buradan da aydn olur ki, əslində Rusiyada türk hakimiyyətinə son qoyanlar həm də I Pyotrun “vəsiyyəti”nin müəllifləri olmuşlar.
Sənəddə iki məsələ – isti sulara – Hind okeanına çatmaq üçün Qacariyyənin (ruslar bunu İran adlandırmağa üstünlük verirlər -müəl.) işğal edilməsi və Qafqazda hayların (ermənilərin) himayə edilməsi məsələsi qırmızı xətt kimi keçir.
Əslində rus dövlətinin strateji hədəfləri bu sənəddə iqtisadi maraqlarla əlaqləndirilsə də, məqsəd heç də Qafqazı əldə etmək və Qacariyyədən Hind okeanına çıxışı təmin etmək olmamışdır. Ruslar bir dəfə də olsun, bu marşrutdan istifadə etməmişlər. Məqsəd uzun əsrlər dünya tarixini diqtə edən üç türk imperiyasını – Teymuri-moğol, Səfəvi-əfşar-qacar və Osmanlı imperiylarını bir-birindən ayırmaq üçün parçalamaq və ayrı-ayrılıqda hər birini məhv etmək olmuşdur. Bunun üçün Azərbaycan Türk İmperiyasını dağıtmaq tələb olunurdu.
I Pyotrun vəsiyyətinin birinci hissəsi əslində Azərbaycan Türk İmperiyasını parçalamaq olmuşdur – hansı ki, bu niyyətini ingilis, fransz və farsların iştirakı ilə həyata keçirməyə başlamışlar. Bunu sonralar aşkarlanmış ingilis, rus, fars və fransız ittifaqının gizli müqaviləsi də sübut edir. İstər çar, istər sovet və istərsə də müasir dövrdə bu bölgənin siyasi çoğrafiyasını “İran” adlandırmaq, burada min ilə yaxın hökm etmiş türk imperiyalarını “fars imperiyaları” kimi təqdim etmək, əslində düşünülmüş planın tərkib hissəsi olmuşdur. Bu dördtərəfli xəyanətkar razılaşmaya görə, Şimali Azərbaycan, Rusiya, Hindistan (o vaxt Azərbaycan Türk İmperiyasının tərkibində idi) – ingilislərin, İran – farsların, Ermənistan – ermənilərin əlinə keçmişdir. Bəs fransızların qazancı nə olmuşdur?
(Ardı var)
Sərdar CƏLALOĞLU